11 Noyabr 2015 13:02
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun H.Cavid prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurlan Əliyev bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, 1995-ci il təvəllüdlü Maqsud Sadiyev tutulub.

Hacı Zeynalov


Müəllif: