16 Noyabr 2015 13:20
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda Ukrayna vətəndaşı döyülərək qarət edilib.

Teleqraf.com xəbər verir ki, hadisə noyabrın 14-də, saat 01 radələrində qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan 3 nəfər Yevlax şəhərində Ukrayna vətəndaşı Yuriy Sosinin idarə etdiyi “TİR” markalı avtomobilə miniblər və onu xurma alveri ilə məşğul olacaqları adı ilə aldadaraq Bərdə rayonunun Həsənqala kəndinə aparıblar. Orada Yuriy Sosini döyərək 100 avro və 2 ədəd mobil telefonunu alıblar.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Əhməd Məmmədov və Orxan Nəbiyev tutulublar.

Hacı Zeynalov


Müəllif: