Bakının Nizami rayonunda yanğın hadisəsi baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, dünən axşam saatlarında Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan 2 otaqlı yardımçı tikilinin 1 otağının yanar konstruksiyaları və əşyaları 18 kv.m sahədə yanmış, yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 6 kv.m sahədə ərimişdir. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.