20 Dekabr 2015 21:29
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunun Boradigah qəsəbəsində "ZİL" markalı yük avtomobilinin su kanalına aşması nəticəsində yol-nəqliyyat qəzası baş veriи.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, “ZİL” markalı yük avtomobilinin sürücüsü, 1986-cı il təvəllüdlü Mübariz Mirxas oğlu Fərəcov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalaraq vəfat edib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif:

Oxşar xəbərlər