Bakının Nizami rayonu ərazisində qətl hadisə törədilib.
APA-nın məlumatına görə, hadisə Keşlə qəsəbəsində törədilib.
Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Vüsal Əliyev Sabir küçəsində kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs onun boğazına bıçaq xəsarəti yetirib. O, aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.
Vüsal Əliyev Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.