Sabirabad rayonunda oğurluqla məşğul olan şəxslər həbs edilib. Teleqraf.com xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Həsən İsrafilov, Şirvan şəhər sakinləri Əziz İsrafilov və Elşad Rüstəmov tutulublar.
Onlar bu ilin noyabrın 11-də Sabirabad rayon sakini Sədirağa Muradovun həyətindən 4 baş qoyun, habelə ona məxsus mağazadan ərzaq məhsulları oğurlayıblar. Həbs olunanlardan Elşad Rüstəmovun əvvəllərdə məhkumluq həyatı yaşadığı bildirilir.
Hacı Zeynalov