Bakının Nərimanov rayonunda yaşlı kişi döyülüb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.M.Cümə küçəsi, ev 9 ünvanını qarşısında baş verib.
Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Kənan Əliyev və 1981-ci il təvəllüdlü Xəyal Abbasov şəxsi münasibətlər zəminində 1936-cı il təvəllüdlü Əhliman Aslanovu döyüblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov