Bakının Nizami rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qara Qarayev prospektində qeydə alınıb.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Vladislav Levski naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməliyyat qrupu tərəfindən cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində tədbirlər görülür.
Hacı Zeynalov