5 Yanvar 2016 15:11
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Feyzulla Qasımzadə küçəsi 17 ünvanında baş verib.

Həmin ünvanda yerləşən mənzildə bıçaqla qətlə yetirilmiş qadın meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gələrək, araşdırma aparmağa başayıblar.

Məlum olub ki, qətlə yetirilən paytaxtda yerləşən “Jewellery” zinət əşyaları mağazasının sahibəsi 1960-cı il təvəllüdlü Məryəm Namədzadədir. Onun başı kəsilərək qətlə yetirilməsi məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: