Bakının Sabunçu rayonunda meyit tapılıb.
Teleqraf.com xəbər verir ki, meyit Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, 12 ünvanında yerləşən Tamara-Borçalı” restoranın arxa tərəfindən aşkarlanıb.
Məlumata görə, 50-55 yaşlarında olan tüfeyli həyat tərzi sürən naməlum kişinin aşkar olunması barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat daxil olub.
Rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə gəlib. Meyitin üzərində zorakılıq əlaməti aşkar olunmayıb. Meyit müayinə olunması üçün Sabunçu MTE və PA birliyinə təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov