28 Yanvar 2016 15:19
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sankt-Peterburq-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı İlqar Zalıyev gömrük nəzarətindən keçərkən onun üzərində narkotik vasitələr aşkar edilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılan şəxsi yoxlama zamanı adı çəkilən vətəndaşın üzərində 1 ədəd bükümdə, təmiz çəkisi 39,783 qram olan kokain, 1 ədəd bükümdə isə təmiz çəkisi 5,488 qram olan metadon aşkar olunaraq götürülüb. Xatırladaq ki, kokain “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in1-ci siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsiməhdudlaşdırılan narkotik vasitələr”in2-ci siyahısına daxildir.

Gömrük nəzarəti zamanı narkotik vasitələrin aşkara çıxarılmasıyala bağlı daha bir fakt Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda qeydə alınıb.

Burada İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rövşən Abbasovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 65,790qram olan tiryək aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA


Müəllif: