Bakının Binəqədi rayonunda tələbə intihar edəcəyi ilə bağlı polisə məlumat verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Toğrul Ədalət oğlu Qasımov Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, intihar edəcəyini deyib.
Toğrul Qasımov bildirib ki, Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsidir və imtihandan kəsildiyi üçün özünü öldürəcək.
Sonradan Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə gələn Toğrul Qasımovun izahatı alınıb. O, bildirib ki, əsəbi olduğu üçün DİN-nin qaynar xətti ilə əlaqə saxlayıb və onun imtahandan kəsilməsi ilə bağlı heç bir şikayəti yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov