12 Fevral 2016 15:25
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda evdən oğurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, fevralın 10-da Bakı şəhər sakini Rəşad Kərimova məxsus evin zirzəmisindən 30000 ABŞ dolları dəyərində avadanlıq və inşaat materialları oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Elşad Kərimov tutulub.

Hacı Zeynalov


Müəllif: