Göygöl rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.
Kənd sakini, 1923-cü il təvəllüdlü Kamil Məmmədov yaşadığı evdə öldürülüb. Naməlum şəxs yaşlı kişini bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov