Daxili İşlər Nazirliyi Abşeron rayonunda baş verən dəhşətli yanğınla bağlı açıqlama yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə martın 15-də saat 12 radələrində Abşeron rayonunun Digah qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbədə yaşayan Ruslan Zeynalovun evində yanğın baş verib. Nəticədə 9 kvm. sahədə mətbəxin yanar konstruksiyaları və dam örtüyü yanıb, yanğın söndürüldükdən sonra R.Zeynalovun oğlanları - 5 yaşlı Nihadın və 3 yaşlı Sadiqin tüstüdən boğulmuş meyitləri tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov