19 Aprel 2016 12:07
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər və prokurorluq orqanları tərəfindən Lənkəran rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əhali arasında milli və dini zəmində separatçı fikirlər yayan, vətəndaşları kütləvi itaətsizliyə və hüquq-mühafizə orqanları ilə açıq qarşıdurmaya çağıran şəhər sakinləri - Qismət İsayev və Vüqar İsmayılov saxlanılıblar.

Adını “Müsəlman Birliyi Hərəkatı” qoyan təşkilatının rəhbəri Taleh Bağırzadənin tərəfdarı olan bu şəxslərin üzərilərinə və yaşadıqları mənzillərə baxış zamanı 4 əl qumbarası, 123 patron, 2 trotil şaşkası, eyni zamanda, yayılması qanunla qadağan olunan, dini dözümsüzlüyü və bölücülüyü təbliğ edən 18 ədəd kitabça götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər