20 May 2016 00:35
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə piyadalın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində, "Nizami Sovxozu" adlanan ərazidə qeydə alınıb. Məlumata görə, "VAZ" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində 6 piyada vurulub.

Xəsarət alan piyadalardan 4-ü Abbas Səhhət adına xəstəxanaya, ikisi isə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan biri uşaq, üçü isə böyükdür.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.


Müəllif: