28 Aprel 2017 13:42
2 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşərək 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Teleqraf.com-un əməkdaşı əməkdar artistlə əlaqə saxlayıb: “Axşam saat 2 radələrində özümü pis his etdim və təcili yardım vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacam. İnsult keçirməmişəm”.

Aktyor xəstəliyinin işiylə bağlı olmadığını deyib: “İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam”.

Rəqsanə


Müəllif: