13 May 2017 23:00
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxtı Kiyevdə “Avroviziya-2017" mahnı müsabiqəsinin final mərhələsi başlayıb.

Teleqraf.com xəbər verir ki, “Avroviziya-2017” müsabiqəsində Azərbaycan təmsilçisi Diana Hacıyeva "Skeletons" mahnısı ilə səhnəyə 12-ci sırada çıxır.

62-ci “Avroviziya 2017” mahnı müsabiqəsində İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan, Fransa təmsilçiləri ardıcılllıqla səhnəyə çıxacaqlar.

“Avroviziya-2017” mahnı müsabiqəsinin finalında 26 ölkənin təmsilçiləri iştirak edir.

Qeyd edək ki, müsabiqə canlı olaraq İTV kanalında yayımlanır.

Rəqsanə


Müəllif: