24 Avqust 2017 01:53
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 11-də, saat 19:00-da Bakıdakı Heydər Əliyev adına İdman Arenasında hind və Azərbaycan estradasının ulduzlarının iştirakı ilə möhtəşəm "Bollywood Night" bayramı keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bayramın təşkilatçısı "Full House Entertainment"dir.

Konsert proqramında hind və Azərbaycan estradasının ulduzları iştirak edəcəklər. Qonaqlar üçün saat 17:00-dan saat 21:00-dək rəngarəng bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, "28 Mall"da, "Gənclik Mall"da və "Asan Xidmət" mərkəzlərində satılır. Onları, həmçinin evdən çıxmadan https://iticket.az/ biletlərin onlayn-alış saytında əldə etmək olar.


Müəllif: Teleqraf.com