15 Avqust 2014 14:52
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

741 saylı hərbi birləşmənin sabiq komandiri Məhərrəm Seyidova həsr olunmuş “Amasiyadan olan unudulmuş qəhrəman” adlı sənədli film çəkilib.


Teleqraf.com
APA-ya istinadən bildirir ki, film 20 il sonra təsadüf nəticəsində üzə çıxan videokadrlar əsasında hazırlanıb.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində çəkilən filmin rejissoru Elşən Rüstəmov, prodüseri isə Kamil Həmidovdur.

M. Seyidovun şücaətli həyat yolu və döyüş qəhrəmanlığına həsr olunmuş filmin əsas məqsədi erməni işğalçılarına qarşı mübarizədə şəhid olmuş Məhərrəm Seyidovun qəhrəmanlıqları kontekstində dünya ictimaiyyətinə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan ibarətdir.


Müəllif: