15 Fevral 2015 09:22

Fevralın 25-26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında H.Mirələmovun “Xəcalət” tamaşası nümayiş etdiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, “Хəcalət” pyesində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurdu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsirli boyalarla təsvir edə bilib.

“Xəcalət” pyesi dünyada hökm sürən müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.


Müəllif: