11 İyul 2016 13:05
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin hücumları nəticəsində Suriyadan sıxışdırılan İŞİD terror təşkilatı Avropa ölkələri və Türkiyəni hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Milliyət" qəzeti məlumat yayıb. Nəşrin iddialarına görə, İŞİD Avropaya terrorçuları yeni marşrutla göndərməyi planlaşdırır:

"Atatürk hava limanındakı terror hücumlarından sonra Türkiyə xüsusi xidmət orqanları İŞİD-in ölkəyə göndərdiyi terrorçu qrupu təsbit edib və onların kimliklərini müəyyənləşdirib. Bu səbəbdən İŞİD 20-25 nəfərlik yeni bir kamikadze qrupu yaradıb. Onlar Azərbaycan, Kipr və Gürcüstandan keçməklə Avropaya çatmağa çalışacaqlar.

Bununla yanaşı, İŞİD azərbaycanlı və Şimali qafqazlı terrorçulara Türkiyə və Azərbaycanda yeni hücumlar törətməyi tapşırıb".

Qəzetin məlumatda qeyd edilib ki, eyni zamanda İŞİD Türkiyədə də yeni terror hücumları hazırlayıb.

Samir


Müəllif: