18 İyul 2016 23:52

Mərakeşin Kralı VI Mohammed 32 il əvvəl ayrıldıqları Afrika Birliyi Təşkilatına yenidən üzv olmaq barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərakeşin dövlət xəbər agentliyi (MAP) məlumat yayıb. VI Mohammedin 27-ci Afrika Birliyi sammiti üçün Ruandanın paytaxtı Kiqaliyə göndərdiyi məktubda deyilir: “Afrika Birliyinə qayıtmaq bizim üçün çətin bir qərar olsa da, Mərakeş bu tarixi qərar ilə bütün bölünmələrin öhdəsindən gəlmək üçün birliyin daxilində birgə işə davam edəcək. 1984-cü ildə birlikdən ayrılma qərarımız özəl səbəblərdən ötəri idi. Bundan sonrakı müddətdə birlik daxilində üzərimizə düşən məsuliyyətləri yerinə yetirmə üçün daha inamla hərəkət edəcəyik”.

Qeyd edək ki, Mərakeş 1984-cü ildə Poisario Təşkilatının "Qərbi Səhra Respublikası" adı ilə Afrika Birliyinə üzv olmasından sonra bu təşkilatdan ayrılmağa qərar vermişdi.


Müəllif: