18 İyul 2016 17:05
385

Xəbər verdiyimiz kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Toplantıda Nazarbayev daxili işlər naziri Kalmuxanbet Kasımova Almatıya uçmaq barədə göstəriş verib. Bununla bağlı Masimov Tvitter hesabında məlumat verib.

Saat 15:42

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, toplantının çağırılmasına səbəb bu gün səhər saatlarında Almatıda baş verən və 7 nəfərin ölümü ilə nəticələnən silahlı insident olub.

Qeyd edək ki, ölənlərdən 4-ü polis əməkdaşı, 3-ü mülkü vətəndaşdır.

Samir


Müəllif: