19 İyul 2016 13:35
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Fətullah Gülənlə bağlı tələb etdiyi sənədləri göndərmişik”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin baş naziri Binali Yıldırım Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, Türkiyə Ədliyyə Nazirliyi ümumilikdə 4 sənəd göndərib: “ABŞ-a çağırış etdik və sənədləri göndəridik. Bizə deyirlər ki, sübut göstərin. Görünən dağa bələdçi lazım deyil. Amma biz yenə də sübutları onlar göndərdik. 11 sentyabr hadisələrində terrorçuları istəyəndə sübut tələb etdiz? Ben Laden üçün sübut istəmədiz, ancaq Gülən üçün istəyirsiz? Bu cinayətkarı qorumaq lazım deyil”.

Samir


Müəllif: