28 İyul 2016 10:44

"Hillari Klinton məndən daha yaxşı prezident olacaq".

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib: "Buna əminəm. O, çox yaxşı prezident olacaq. Hillari çox güclü və sərt qadındır".

Obama əlavə edib ki, Klintonun İŞİD terror təşkilatını məğlub edə biləcəyinə inanır: "Onun terrorla mübarizə aparmaq üçün lazım olan qərarları qəbul etməyə qabiliyyəti və təcrübəsi var. Bizim qoşunlarımız amansızcasına İŞİD terrorçuları ilə mübarizə aparır, liderlərini öldürür, əraziləri azad edirlər. Mən bilirəm ki, İŞİD məhv edilməyənə qədər Hillari sakitləşməyəcək".

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.

Samir


Müəllif:
Загрузка...