1 İyul 2014 15:24
469

Rusiyameyilli separatçılar Ukrayna hərbi helikopterlərini Rusiya hərbi texnikası ilə məhv edirlər.

Bu barədə NATO-nun Avropadakı qoşunlarının komandanı Filip Bridlav bəyanat yayıb. Onun sözlərinə görə, Rusiya əsas qüvvələrini Ukrayna ilə sərhəddə cəmləşdirib, eyni zamanda separatçılara silah-sursat və hərbi texnika, o cümlədən havadan hücum müdafiə sistemləri ötürülüb. Məhz bu sistemlərin köməyi ilə Ukrayna ordusunun vertolyotları vurularaq, məhv edildiyi bildirilir.

“Ukrayna ilə sərhəddən cənubda keçirilən təlimləri görürük. Lakin, bunlar sadə təlim deyil. Ora ağır zirehli texnika, ZTR, HHM sistemləri gətirilib. Göründüyü kimi, bu texnika artıq Ukrayna ərazisində tətbiq olunub”, - deyə, Bridlav Pentaqonda keçirilən mətbuat konfransında bildirib.
Generalın sözlərinə görə, Rusiya, Ukrayna ilə sərhəddə hərbi texnika və xüsusi təyinatlı dəstələr yerləşdirib.

“Vəziyyətin bu cür inkişafı, problemin həlli üçün əlverişli şərait yaratmır”, - deyə, Bridlav qeyd edib.
Onun sözlərinə görə, NATO vəziyyəti daim nəzarət edir.

Ülviyyə


Müəllif: