22 Aprel 2014 18:53
704

Böyük Britaniyanın xüsusi xidmət orqanının rəhbəri krallığın baş naziri Devid Kemerona Qərb tərəfindən Kiyevə hərbi dəstək verilməsinin təhlükəli oluduğunu bildirib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Londonda çıxan Daily Mirror qəzeti xəbər yayıb.

Qəzaetin yazdığına görə, NATO Ukrayna hadisələri ilə əlaqədar Rusiyaya qarşı iqtisadi sanksiyalardan sonra Kiyevə hərbi dəstək vermək variantını nəzərən keçirir: "Lakin "Mİ-6"nın agentləri və Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi xəbərdarlıq edirlər ki, Ukraynadakı siyasi böhran ağır vətəndaş müharibəsinə çevrilə bilər. Bu zaman Ukraynanın şərq vilayətlərin öz müstəqilliyini elan edəcək", - Daily Mail yazır.

Xüsusi xidmət orqanları münaqişənin bu cür genişlənməsi ehtimalı ilə əlaqədar rəsmi Londonu ehtiyatlı olmağa çağırıb.

Qəzet bildirib ki, Ukrayna ərazisində Britaniyanın silahsız qrupları var. Onlar sərhəddə, Rusiyaya dəstəyin böyük olduğu şəhərlərdə müşahidə apаrırlar.

Nihad


Müəllif: