8 Aprel 2014 12:18
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda sərnişin avtobusu dərəyə yuvarlanıb. Çinin “Sinxua” agentliyi xəbər verir ki, hadisə Hindistanın şimalında yerləşən dağlıq Himaçal-Pradeş ştatında baş verib.

Şilai şəhəri yaxınlığında baş verən qəza zamanı avtobus 120 metrlik dərəyə yuvarlanıb. Hadisə nəticəsində ən azı 17 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Yaralı şəxslərin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Polisin məlumatına görə, hər il Himaçal-Pradeş ştatında baş verən yol qəzaları zamanı 800-dən çox insan ölür.


Müəllif: Teleqraf.com