23 Aprel 2014 15:19

ABŞ prezidenti Barack Obamanın Asiya ölkələrinə həftəlik səfəri başlayır. ABŞ prezidenti səfər çərçivəsində Yaponiya, Malayziya, Filippinr və Cənubi Koreyaya səfər edəcəyi planlaşdırılır.

Ağ Evdən verilən məlumata görə, səfərin əsas məqsədi iqtisadi münasibətləri müzakirə etməkdir.
Verilən məlumata görə, regionda təhlükəsizlik məsələlərinin müzakirəsi istisna olunmur.

Xatırladaq ki, ötən gün Şimali Koreyanın nüvə silahı sınaqlarına hazırlaşması barədə məlumatlar yayılıb.
Səfər Yaponiyadan başlayacaq. ABŞ prezidentlərindən son dəfə 1996-cı ildə Yaponiyaya sabiq prezident Bill Klinton gəlib. Obamanın Malayziya səfəri isə 50 il ərzində ilk baş tutacaq səfər kimi tarixə düşəcək.

ABŞ prezidentinin səfər planı:

23 aprel: Tokio. Yaponiyanın baş naziri Shinzo Abe ilə görüş

25 aprel: Seul. Cənubi Koreyanın prezidenti Pak Kin Xe ilə mətbuat konfransı

26 aprel: Hərbi bazanının ziyarəti. Kuala Lumpura uçuş

27 aprel: Malayziyanın baş naziri Najib Razakla danışıqlar və mətbuat konfransı

28 aprel: Manilaya uçuş. Filippin prezidenti Benigno Aquino ilə görüş


Müəllif: