29 Aprel 2017 18:01
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama siyasətə qatılmaq fikrində olmadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Ağ Evi tərk edəndən sonra ilk dəfə mediaya danışan xanım Obama siyasətin mürəkkəb olduğunu deyib.

O, siyasətə qatılacağı təqdirdə bunun övladlarının həyatına təsir edəcəyindən narahat olduğunu dilə gətirib:

“Siyasətdə müəyyən bir vaxta kimi hər şey yaxşı gedir, sonra sən irəliləyirsən və hamı sənə əks də gələ bilər. Hər halda siyasətlə məşğuliyyət bütün ailəyə təsir edir. Yüksək dövlət postuna namizəd olanda, hadisələr yalnız sənin deyil, həm də bütün ailə üzvlərinin həyatında özünü əks etdirir. Mən övladlarımdan tələb edə bilmərəm ki, bu dövrü yenidən keçsinlər. Amma dövlətə xidmət həmişə bizim qanımızda olacaq”, - Obama əlavə etdi.

Mişel Obama birinci xanım olduğu dövrdə belə heç bir siyasi ambisiyasının olmadığını vurğulayıb.

Ağ Evdən kənardakı həyatından söz açan Obama itlərinin qapı zənginin səsindən qorxduğunu deyib: “Çünki Ağ Evdə qapı zəngi yox idi. Bundan başqa qızlarım Maliya və Saşaya pəncərələrini açmağa icazə veririk. Ağ Evdə bu qadağan idi”.

“Ağ Evi tərk edəndə nələr hiss etdiniz” sualını cavablayarkən Mişel Obama göz yaşını saxlaya bilməyib: “Mən istəmirdim ki, gözlərimdən yaş axsın, çünki insanlar elə düşünə bilər ki, mən yeni prezidentə görə ağlayıram”.

Nərgiz


Müəllif: