26 İyun 2017 11:08
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani ilə Qətər Əmiri Təmim bin Hamad Al Sani ilə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı Prezident Ruhani Qətərə qarşı tətbiq edilən sanksiyaların qəbul edilməz olduğunu bildirib. Ruhani İranın hava, quru və dəniz sahəsinin dost Qətər üçün hər zaman açıq olduğunu bildirib. Prezident Ruhani rəsmi Tehranın Qətər dövlətinin və millətinin yanında olduğunu bəyan edib, bildirib ki, sanksiyalar mövcud olan problemləri həll etmək üçün düzgün yol deyil. Ruhani tərəfləri mövcud olan problemləri dialoq yolu ilə həll etməyə dəvət edib və bu istiqamətdə hər cür əməkdaşlığa hazır olduğunu söyləyib.

Qətər Əmiri Təmim bin Hamad Al Sani Qətər dövlətinə və millətinə verdiyi dəstəyə görə Həsən Ruhaniyə təşəkkürünü bildirib. Əmir qeyd edib ki, islam dünyası çətin bir mərhələ keçir və ölkəsi problemlərin həlli üçün əməkdaşlığa hazırdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın liderliyində bir neçə ərəb ölkəsi Qətərlə bütün əlaqələri kəsib və rəsmi Dohaya qarşı 13 maddəlik tələb irəli sürüb. Bu tələblərdən biri də Qətərin İranla diplomatik əlaqələrini dərhal dayandırılması ilə bağlıdır.


Müəllif: Cavad