16 İyul 2017 08:18
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paris və Marsel arasında dəmir yolu əlaqəsi kəsilib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, buna səbəb meşə yanğınlarıdır. Yanğınlar Fransanın çənubunda 500 hektar meşə sahəsini əhatə edir

Yanğının söndürülməsinə 800 yerli yanğınsöndürən cəlb edilib. Eləcə də qonşu regionlardan yardım çağırılıb. Güclü külək yanğının yayılmasına səbəb olur.

Hələlik zərərçəkən yoxdur.


Müəllif: Nahid