28 İyul 2017 14:34
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ölkənin Xarici İşlər Nazirliyinin ABŞ-ın Moskvaya qarşı qəbul etdiyi sanksiyalara cavab tədbirləri görməsi ilə bağlı sərəncam imzalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib:

"Əlbəttə, belə tədbirlər prezidentin icazəsi olmadan mümkün deyil".

Rusiya XİN də məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda yeni qəbul edilmiş sərəncam əsas məqsədi açıqlanıb.

Rusiya XİN hesab edir ki, Rusiyaya qarşı qəbul olunmuş yeni sanksiyalar qərarı ABŞ üçün qlobal iqtisadiyyatda vicdansız rəqabət üstünlüklərinin yaradılması məqsədi daşıyır.


Müəllif: Samir