19 Avqust 2017 08:53
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 21-də günəş tutulması ABŞ-ı 694 milyon dollar ziyana salacaq.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ-ın “Challenger, Gray & Christmas” karyera mərkəzi məlumat yayıb.

Gələn həftə baş verən təbiət hadisəsi ABŞ-ın Oregon, İdaho, Vyominq, Tennessee və Cənubi Karolina ştatlarında böyük həyəcan yaşadacaq.

Bu regionlarda axırıncı dəfə günəş tutulması 1918-ci ildə müşahidə edilib.

İtirilən iş saatlarının maddi dəyərini hesablayan mütəxəssislər 2 dəqiqəlik günəş tutulmasını izləmək üçün işçi təbəqənin ortalama 20-30 dəqiqə vaxt sərf edəcəyini bildirblər. Nəticədə adıçəkilən ştatlara dəyən ümumi maddi ziyan 694 milyon dollara bərabər olub.

Ancaq təhlil aparan şirkətlər hadisənin maddi itki ilə yanaşı gəlir gətirəcəyini də bildiriblər. Mütəxəssislər həmin bölgələrin turizmdən 10 milyonlarla qazanc götürəcəyini proqnozlaşdırırlar.


Müəllif: Elçin Murad