20 Avqust 2017 09:10
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putin Netanyahu ilə görüşəcək – Soçidə

İsrailin Baş naziri Binyamin Netanyahu ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

Teleqraf.com “The Jerusalem Post”a istinadla xəbər verir ki, görüş avqustun 23-də Soçidə baş tutacaq. Tərəflərin Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Kreml hələlik belə görüşün olacağı barədə məlumat yaymayıb.


Müəllif: Teleqraf.com