16 Sentyabr 2017 20:12
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

London metrosunun “Parsons Qrin” stansiyasında terror aktını törətməkdə şübhəli bilinən 18 yaşlı gənc saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Skotlend-Yard məlumat yayıb.

Kent qraflığının hüquq-mühafizə orqanlarının əməkdaşları gənci Duvr liman şəhərində həbs ediblər. Polis həbs olunan şəxsin kimliyi barədə açıqlama verməkdən imtina edərək əhalini ayıq-sayıq olmağa çağırıb. Digər şübhəlilərin axtarışlarının davam etdiyi bildirilir.

Qeyd edək ki, dünən yerli vaxtla 08:20-də “Parsons Qrin” stansiyasının vaqonunda baş verən partlayış zamanı insan təlafatı olmasa da, 29 nəfər xəsarət alıb. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.


Müəllif: Nərgiz