24 Sentyabr 2017 00:05
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

KXDR-in xarici işlər naziri Li Yon Xo BMT-nin tribunasından ABŞ Prezidenti Donald Trampın Kim Çen haqqında sözlərinə görə onu hədələyib.


Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, nazir Trampın sözlərinin təhqiredici olduğunu bildirib.

"Baza biliyi və tərbiyəsi olmadığına görə o, mənim ölkəmin şərəfini təhqir etməyə cəhd göstərdi. Bu adam mənim liderimi raket adlandırmaqla bağışlanması mümkün olmayan səhv etdi. O, bununla da bizim raketlərin ABŞ-ın materik hissəsinə uçmasına yol açmış oldu", - Li Yon Xo deyib.

"Tramp ağzından nə çıxdığını anlamaya bilər. Ancaq biz bunun nəticəsini ona başa salacağıq" - nazir əlavə edib.


Müəllif: Nahid