17 Noyabr 2017 23:44
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur aktyor Silvester Stallone 16 yaşlı qıza təcavüzdə ittiham olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, aktyor bütün iddiaları rədd edib və informasiyanı yalan adlandırıb.

İddialara görə, hadisə 1986-cı ildə Las Veqasda olub:

“O zaman 40 yaşı olan Stallone Las Veqasdakı Hilton otelində ailəsi ilə birlikdə qalan qızla tanış olub. Yeniyetmə ondan avtoqraf istəyib.

Hər şey də bundan sonra başlayıb. Olayda Stallonenin mühafizəçisi Mayk De Lukun da iştirakı olub. O, Stallonenin otağının açarını qıza verib və ora getməsini istəyib. Aktyor qızla intim əlaqədə olub, mühafizəçi də otağa girib, yeniyetməyə o da təcavüz edib.

Daha sonra aktyor və mühafizəçi qızı şantaj edib. Onlar qızdan bu məsələni heç yerdə danışmamağı tələb edib.

Adı açıqlanmayan yeniyetmə qız qorxduğu üçün polisə şikayət etməyib”.


Müəllif: Samir