24 Noyabr 2017 16:54
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxlayacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Tramp Tvitter hesabında məlumat yayıb.

O bildirib ki, Ərdoğanla Yaxın Şərqdə sülh məsələsini müzakirə edəcək.

Qeyd edək ki, Soçi görüşündən qayıdarkən Ərdoğan jurnalistlərə ABŞ-ın PYD-ni silahla təmin etməsi məsələsini Trampla müzakirə edəcəyini demişdi.


Müəllif: Samir