21 Fevral 2018 22:43
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın dövlət sərhəd xidməti Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin 2021-ci ilə qədər ölkəyə girişini qadağan edib.

Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə onun vəkili Ruslan Çernoluskiy məlumat yayıb. Vəkil qərarı qanunsuz saydığını və şikayət etmək niyyətində olduqlarını deyib.

Fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan Mixail Saakaşvili readmissiya olunub və 2021-ci il fevralın 13-dək Ukraynaya daxil ola bilməyəcək.


Müəllif: Kəmalə