24 Mart 2018 23:32
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada uçuş tarixində nadir rast gəlinən hadisə baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ştutqart hava limanından Portuqaliyanın paytaxtı Lissabona yola düşməli olan təyyarənin ikinci pilotu sərxoş olduğu üçün uçuş ləğv edilib. 106 sərnişin otellərə yerləşdirilib.

Ştutqart hava limanının yaydığı açıqlamada bildirilir ki, köməkçi pilotun spirtli içki qəbul etdiyini bilən aeroport işçisini bu barədə polisə məlumat verib. Polis və prokurorluğun müdaxiləsi ilə uçuşun ləğv edildiyi vurğulanıb. Ehtiyat köməkçi pilot olmadığı üçün təyyarənin uçuşuna icazə verilməyib və sərnişinlər otelə yerləşdirilib. Pilotun müvəqqəti olaraq saxlanıldığı, azadlığa buraxılması üçün 10 min avro girov ödəməli olduğu bildirilir.


Müəllif: Nərgiz