İŞİD terror qruplaşması Qroznıda kilsəyə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə terrorçulara yaxın "Directorate4" Telegram kanalı məlumat yayıb.
Mayın 19-da Çeçenistanın paytaxtında pravoslav kilsəsində insanları girov götürməyə cəhd edən dörd yaraqlı məhv edilib.
İnsident zamanı güc strukturlarının iki əməkdaşı, həmçinin bir dinc sakin həlak olub.