24 May 2018 01:42
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İraqın şimalına, Hakurk rayonu ərazisinə aviazərbələr endirib.

Teleqraf.com "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində PKK terrorçularının 6 obyekti məhv edilib.


Müəllif: Teleqraf.com