26 May 2018 10:10
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə dövlət bayrağını endirməyə cəhd edən ingilis və fransız həbs olunub.

Teleqraf.com xəbər verir ki, hadisə Quzey Kıbrıs Türk Cümhuriyyətində baş verib.

Paytaxt Lefkoşada yerləşən Türkiyə səfirliyinin qarşısındakı şəhidlər abidəsində türk bayrağını endirməyə cəhd edən iki nəfər həbs edilib.

Məlum olub ki, bayrağı endirməyə 30 yaşlı ingilis Ross Alan Stevens və 23 yaşlı fransız Mark leon Edvard cəhd edib.

Onların Lefkoşaya turist kimi gəldiyi məlum olub.


Müəllif: Cavad