28 May 2018 10:07
2 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və İsrail rəsmiləri İordaniyanın paytaxtı Omanda gizli görüş keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı rəsmi Tehranın Suriyanın cənub-qərbində qarşıdurmalarda iştirak etməyəcəyi haqda razılığa gəldiyi iddia olunur.

İddiaya görə, İranın Omandakı səfiri Müctəba Firdovsi Buru və hüquq-mühafizə orqanlarının rəsmiləri Mossad rəhbərinin müavinin də olduğu İsrail heyəti ilə oteldə görüşüb.

Düşmən tərəflər arasında vasitəçi İordaniya olub.

Məxfi görüşdə Suriyanın cənub-qərb hissəsində, xüsusilə Dera-əl-Kuneytara regionunda gözlənilən silahlı qarşıdurma məsələsi müzakirə edilib. Görüşün nəticəsi olaraq İran, Hizbullah və Şiə qrupları bu bölgədə Bəşər Əsədlə müxalifət arasında meydana gəlməsi gözlənilən silahlı qarşıdurmalara qatılmayacaqlarına razılıq veriblər.

İsrail tərəfi işğal altında olan Colan təpələri və İsrail-İordaniya sərhədinə yaxın ərazilərdə gözlənilən qarşıdurmalara İran və Hizbullahın müdaxilə etməyəcəyi təqdirdə Təl-Əvivin də qarışmayacağını öhdəsinə götürüb.


Müəllif: Cavad