9 May 2014 12:22
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya ictimaiyyəti Nigeriyada qaçırılan qızların tapılması üçün əlindən gələn yardımı etməlidir.

Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Vaşinqtonda Suriya Müxalifət və Üsyançı Qüvvələri Koalisiyasının rəhbəri Əhməd əl-Cerba ilə birgə mətbuat konfransında bəyan edib. Kerri "Boko Haram" terror qruplaşması tərəfindən qaçırılan 300-dən çox nigeriyalı qızın tezliklə ailələrinə qovuşması üçün bütün mümkün yardımı edəcəklərini vurğulayıb.

"Yetkinlik yaşına çatmayan qızların qaçırılması dünya miqyasında hiddət doğurur və radikallıq üzərində yeni bir mövzu formalaşdırır. Yaxın günlərdə bütün dünya bu zorakılığı təkcə pisləməklə kifayətlənməyib, Nigeriyaya yardım etmək üçün əlindən gələni etməlidir", - Con Kerri belə deyib.

Con Kerri həmçinin ABŞ rəsmiləri və nümayəndələrindən ibarət bir qrup qızların tapılması və Nigeriya hökumətinə "Boko Haram"ın törətdiyi təhlükənin aradan qaldırılmasında dəstək olmaq üçün Nigeriyaya getdiyini də bildirib./anspress/


Müəllif: