9 Fevral 2015 11:30
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində mədən sektorunda ən böyük şirkətlərdən birinə sahib olan iş adamı və qardaşı edam edilib.

Teleqraf.com lent.a.ru-ya istinadən xəbər verir ki, Hanlong şirkətinin sahibi milyarder Liu Xan və qardaşı Liu Veyin ilə yanaşı şirkətin digər işçiləri Tang Şianbing, Cang Donghua və Tien Şienveyin qrup halında cinayət törətməkdə şübhəli bilinərək, Çinin Hubey əyalətindəki Regional Ali Xalq Prokurorluğu tərəfindən edam edilib. Prokurorluq milyarderin cinayətinin sübutayetirilmiş olduğunu bildirib.

Bundan əlavə qruplaşmanın digər 5 üzvünə də ömürlük həbs cəzası verilib.

Qeyd edək ki, Liu Xan Çİndə zəngin iş adamları siyahısında 142-ci yerdədir.

Samir


Müəllif: