28 Fevral 2015 20:26
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qahirə Cinayət Məhkəməsi Misirdə qadağan edilmiş “Müsəlman qardaşlar” hərəkatının dörd lideri barəsində ölüm cəzası, 14-ü barəsində ömürlük həbs cəzası kəsib.

Teleqraf.com-un məlumatına görə, onlar 2013-cü ildə Qahirədə “Müsəlman qardaşlar”ın baş qərargahı qarşısında baş vermiş qanlı hadisələrə aidiyyəti olmaqda ittiham ediliblər.

O vaxt ölkənin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları arasında toqquşma nəticəsində 9 nəfər həlak olub, 90-dan çox adam yaralanıb.

“Müsəlman qardaşlar”ın dini rəhbəri Məhəmməd Badia, onun müavini Heyrət əş-Şater və hərəkatın başqa yüksək vəzifəli üzvləri ömürlük həbs cəzası alıblar.


Müəllif: